"WhatsApp"da problem yarandı

12 Aprel 2025 19:04

Populyar "WhatsApp" mesencerinin işində problemlər yaranıb.

Milli.Az xəbər verir ki, son dəqiqələr ərzində mesencerin işindəki problemlərlə bağlı yüzlərlə şikayət daxil olub.

Bildirilir ki, istifadəçilərin 90%-dən çoxu mesaj göndərməkdə çətinliklərlə üzləşirlər. Həmçinin mesajların alınması və tətbiqlə bağlı da şikayətlər var.

Milli.Az