Afaq Gəncəli xəstəxanalıq oldu - FOTO

12 Aprel 2025 17:58

Aparıcı Afaq Gəncəli xəstəxanadan görüntülərini paylaşıb.

Milli.Az xəbər verir ki, səhhətində problem yarandığını bildirən aparıcı paylaşımına "Dünənki çəkilişin nəticəsi. Məni görən həkim şokdadır" sözlərini yazıb.

"Soyuqlamışam, səsim də batıb. Çəkilişim uzun və narahat keçdi. Dedim, sistem vurdurmasam, özümə gəlməyəcəyəm" deyə, Afaq Axşam.az-a açıqlamasında bildirib.

Milli.Az