Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, 36-BX-849 dövlət qeydiyyatl "Hyundai Sonata" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
xxx
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Milli.Az