Azərbaycan futboluna AĞIR İTKİ - FOTO

12 Aprel 2025 14:47

Şimal Regional Futbol Federasiyasının prezidenti, "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın məlumatında bildirilib.

AFFA futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin.

Milli.Az