Çempionlar Liqasında oyun sayına görə ölkələrin REYTİNQİ

12 Aprel 2025 13:48

"The Athletic" nəşri UEFA Çempionlar Liqasında (keçmiş adı Avropa Çempionlar Kuboku - red.) ölkələr üzrə klubların oynadığı oyunların statistikasını yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinqdə İspaniya birinci yerdədir. Bu ölkənin klubları ümumilikdə 1 400 oyun keçirib.

İngiltərə 1 283 oyunla ikinci, Almaniya isə 1 252 görüşlə üçüncü yerdə qərarlaşıb. İtaliya 1 141 oyunla dördüncü, Fransa isə 799 oyunla beşinci yerdədir.

Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi Madridin "Real" klubudur. Keçənilki finalda ispanlar Dortmund "Borussiya"sını 2:0 hesabı ilə məğlub ediblər.

Milli.Az