106 milyard dollar sərvəti var - 1 faizini övladlarına verəcək - FOTO

12 Aprel 2025 10:52

"Microsoft"un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts övladlarına qoyacağı miras barədə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, sərvətinin yalnız 1%-dən azını üç övladına miras qoyacağını bildirib.

Bill Qeyts açıqlamada deyib:

"Mənim vəziyyətimdə övladlarım gözəl böyüdülər və yaxşı təhsil aldılar. Amma onlar sərvətimin 1%-dən azını alacaqlar, çünki bu, onlara heç bir xeyir verməyəcək. Bu, bir sülalə deyil. Mən onlardan Microsoft-u idarə etmələrini də tələb etmirəm" .

O, əlavə edib ki, övladlarına miras əvəzinə, uğur qazanmaq və öz yollarını tapmaq üçün şans verir:

"Mən onlara vacib olmaq və sahib olduğum inanılmaz imkanların kölgəsində qalmamaq şansını təklif edirəm" .

Qeyd edək ki, Forbesin 2025-ci il Dünya Milyarderləri Siyahısına əsasən, Bill Qeytsin sərvəti 102,2 milyard dollar təşkil edir. Bu göstərici onu planetin 13-cü ən varlı adamı edir. Siyahının birincisi isə İlon Maskdır - onun sərvəti 342 milyard dollardır.

Fidan
Milli.Az