Yunanıstanda dəmir yolu binasında partlayış - FOTO

12 Aprel 2025 09:46

Yunanıstanın paytaxtı Afinada dəmir yolu şirkətinin əsas binasında şübhəli çantanın partladığı bildirilir.

Milli.Az xəbər verir ki, Yunanıstanda naməlum şəxslər yerli vaxtla saat 20:35-də Yunan qəzetinə və internet saytına zəng ediblər.

Həmin şəxslər təxminən 35-40 dəqiqə ərzində paytaxt Afinada "Hellenic Train" dəmir yolu şirkətinin əsas ofisində partlayış olacağını deyiblər.

Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, ərazidə aşkarlanan şübhəli çanta göstərilən vaxtda partlayıb.

Hadisə zamanı insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb./APA 

Milli.Az