Mərakeşin hava limanlarından birində təyyarə uğursuz eniş edib.
Milli.Az xəbər verir ki, təyyarə eniş zamanı uçuş zolağından çıxıb və xəsarət alan üç ekipaj üzvü xəstəxanaya yerləşdirilib.
Təyyarədə sərnişinlərin olub-olmadığı barədə məlumat verilmir, lakin itkilərin olmadığı iddia edilir.
Hadisənin səbəbləri məlum deyil./APA
Milli.Az