İmamoğlu istintaqı belə aldatdı: Təhvil verdiyi telefon...

12 Aprel 2025 08:43

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu və bir çox digər şəxslər barəsində aparılan istintaqda maraqlı təfərrüatlar ortaya çıxıb. 

Milli.Az xəbər verir ki, istintaq çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun təhlükəsizlik qüvvələrinə təhvil verdiyi smartfonun onun əsl telefonu olmadığı bilinib.

İmamoğlunun təşkilati danışıqlar üçün istifadə etdiyi telefonu polisə təhvil vermədiyi aydın olub. Hansı ki, həmin telefondan istifadə edərək işdə şübhəli bilinən şəxslərlə tez-tez söhbətlər aparıb. (konkret)

Milli.Az