Türkiyədə 21 avtomobil toqquşdu

12 Aprel 2025 08:27

Türkiyənin Samsun-Ankara avtomobil yolunda intensiv qar yağıntısı görmə məsafəsini azaldaraq yolları sürüşkən vəziyyətə salıb və zəncirvari qəzalara səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Havza bölgəsinin Karageçmiş yaşayış məntəqəsində baş verən qəzada 9 nəqliyyat vasitəsinin bir-birinə dəyməsi nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə jandarm, polis, təcili yardım və yanğınsöndürənlər çağırılıb.

Qəzadan sonra yolda təxminən 4 kilometrlik tıxac yaranıb.

Digər tərəfdən, eyni avtomobil yolunun digər hissəsində başqa bir zəncirvari qəza qeydə alınıb. Bu hadisədə 12 nəqliyyat vasitəsi iştirak edib, lakin tələfat yaşanmayıb.

Milli.Az