Kəmaləddin Heydərovdan yeni təyinat

11 Aprel 2025 22:07

Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, mayor Vüsal Əsgərov adıçəkilən qurumun rəisi vəzifəsinə gətirilib.

O, indiyədək həmin qurumda rəis müavini vəzifəsində çalışıb.

Milli.Az