AFFA bu futbolçunu cəzalandırdı

11 Aprel 2025 18:49

AFFA U-16 Liqasında keçirilən "Arpaçay" (Şərur) - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.

Milli.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Qarşılaşmanın 85-ci dəqiqəsində Şərur təmsilçisinin üzvü Əli İsmayılovun komanda yoldaşına qarşı qeyri-etik ifadələr işlətməsi 3 matçlıq diskvalifikasiyaya səbəb olub.

Milli.Az