Əhməd Əl-Tayyib İlham Əliyevə təbrik məktubu ünvanlayıb

11 Aprel 2025 17:26

Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.

Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq, xeyir-bərəkət diləyirəm. Tanrı Sizi qorusun!

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!"

Milli.Az