Prezident konvoyunda ağır QƏZA: 2 ölü var, biri polisdir - FOTO

11 Aprel 2025 17:45

Türkiyənin Anadolu avtomobil yolunun Çamlıdere-Gerede hissəsində prezidentlik karvanında faciə baş verib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən Prezidentlik Strategiya və Büdcə İdarəsinin direktoru İbrahim Şeneli müşayiət edən təhlükəsizlik maşını tankerin arxasına çırpılıb.

Qəza nəticəsində polis əməkdaşı İbrahim Güney və prezidentlik heyətinə məxsus avtomobilin sürücüsü Əhməd Ülger şəhid olub.

Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.

Qəzayla bağlı araşdırma başlanıb.

Fidan
Milli.Az