FIFA-dan Türkiyə klubuna ağır CƏZA

11 Aprel 2025 18:07

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor"a FIFA sərt qərar verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kluba transfer qadağası qoyulub.

Sözügedən qərar növbəti 3 transfer dönəmini əhatə edəcək.

Onu da bildirək ki, "Konyaspor" klubu ölkə çempionatında 29 turdan sonra 34 xalla 12-ci pilləni tutur.

Tural
Milli.Az