Hande Erçel Hakandan ayrılıb?

12 Aprel 2025 11:03

Hande Erçel Hakan Sabancı ilə ayrılma iddialarına dair maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, aktrisa türk mətbuatına verdiyi açıqlamada bu məsələyə münasibətini bildirib. O, məsələyə dair daha çox danışmaq istəmədiyini və Hakan Sabancı tərəfindən açıqlamaların artıq verildiyini vurğulayıb.

"Bu barədə artıq Hakan lazım olan açıqlamaları verib. Mən indi çox tələsirəm, sabah çəkilişim var. Bu mövzu ilə bağlı başqa vaxt danışarıq," - deyə Hande Erçel bildirib.

O, şəxsi həyatına dair sualların müzakirə edilməsini istəmədiyini və peşəkar işlərinə fokuslandığını qeyd edib.

Asya
Milli.Az