Bakıda şagird özünü məktəbin binasından atdı

11 Aprel 2025 16:29

Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs zamanı özünü pəncərədən atıb.

Milli.Az  "manşet.az"-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra intihar məqsədilə bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib. 

Milli.Az