Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib.
Trend xəbər verir ki, bununla bağlı qərar layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Belə ki, Mehdi Ədalət oğlu Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, Mehdi Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Milli.Az