Ankaraya güclü qar: məktəblər bağlandı - FOTO

11 Aprel 2025 00:14

Türkiyənin paytaxtı Ankarada tədris prosesi birgünlük dayandırılıb.

Milli.Az xəbər verir ki, bu haqda Ankara valisi Vasip Şahin açıqlama verib.

Onun sözlərinə görə, buna səbəb proqnozlaşdırılan qar və güclü küləkdir.

Vali bildirib ki, bununla yanaşı, 10 yaşınadək övladı olan qadın dövlət qulluqçuları, hamilələr və əlilliyi olan şəxslər məzuniyyətə buraxılacaqlar.

Milli.Az