ABŞ Ukraynaya yardımı azaltdı

11 Aprel 2025 00:32

ABŞ Ukraynaya hərbi yardımı azaldıb, indi Kiyev daha çox Avropa ölkələrindən yardım alır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

"ABŞ-dən yardım azalıb. Yardımların böyük hissəsi Avropadakı partnyorlardan gəlir", - deyə o bildirib.

Sırskinin sözlərinə görə, ABŞ-dən yardım tamam dayanarsa, Ukrayna öz gücünə arxayın olmalıdır.

Milli.Az