"Real"ın sabiq baş məşqçisi öldü - FOTO

10 Aprel 2025 22:45

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Leo Benhakker vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "Kral klubu" Benhakkerin rəhbərliyi altında ardıcıl üç dəfə (1987-1989) ölkə çempionu olub. Həmçinin Madrid təmsilçisi İspaniya Kubokunu və Superkubokunu qazanıb.

O, Niderland, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo və Polşa milli komandalarını çalışdırıb.

Milli.Az