Suqovuşanda oğul anasını bıçaqlayıb

10 Aprel 2025 20:51

Ağdərə rayonunun Suqovuşan kəndində oğul anasını bıçaqlayıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Ələkbərova Məhbubə Əyyub qızı oğlu tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Milli.Az