Xızıda iritonnajlı yük maşınları toqquşub, xəsarət alanlar var - FOTO

10 Aprel 2025 17:59

Xızı rayonunda iritonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

İritonnajlı yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var. Həmçinin ərazidəki yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az