36 yaşlı kişini cərəyan vuraraq öldürdü

10 Aprel 2025 16:48

Şərur rayonunda bədbəxt hadisə nəticəsində 36 yaşlı kişi ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Rahib Valeh oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az