Türkiyənin Qars vilayətində dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, aprelin 6-da saat 16:00 radələrində Kağızman rayonundakı yeməkxanaların birində çavuş Selman K. ilə 36 yaşlı Yakup Aydın arasında baş verən insident faciə ilə nəticələnib.
İddiaya görə, tək oturaraq telefonla məşğul olan Selman K., dostu ilə birlikdə yeməkxananı tərk etməyə hazırlaşan Yakup Aydına yaxınlaşaraq, "Niyə mənə yan baxırsan?" deyib. Bu sözlərdən sonra başlayan sözlü mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Kafe işçiləri və müştərilər hadisəyə müdaxilə etsə də, qarşısını almaq mümkün olmayıb.
Mübahisənin ardından Selman K. belindən xidməti silahını çıxararaq pilləkənlərlə enməkdə olan Yakup Aydına dəfələrlə atəş açıb. Aydın aldığı güllə yaraları nəticəsində pilləkənlərdə yıxılaraq ağır vəziyyətdə yerə düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Prokurorluqda susmaq hüququndan istifadə edən çavuş, "qəsdən adam öldürmə" maddəsi ilə həbs olunub.
Milli.Az