468 nəfər imtahana gəlmədi, 10 nəfərin nəticəsi ləğv olundu

10 Aprel 2025 18:43

Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.

Qeyd edək ki, 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.

Milli.Az