Putin virusa yoluxub

10 Aprel 2025 13:00

Putin xəstədir, lakin bu, çaxnaşma və manipulyasiya üçün əsas deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Kremlyovskaya Tabakerka" Teleqram kanalı Putinə yaxın mənbəyə istinadla məlumat yayıb.

"Vladimir Vladimiroviç bir az xəstələnib. Virusa yoluxub, hər kəs kimi burun axması və öskürəyi var. Üstəlik, yaş da bir az rol oynayır. Ciddi bir şey yoxdur və demək olar ki, hər şey qaydasındadır. Bu, əlbəttə ki, internetdə prezidentin "yoxa çıxması" haqqında yazmaq üçün əsas deyil. Xarici agentlər tərəfindən çaxnaşma və manipulyasiya üçün heç bir səbəb yoxdur", - mənbə bildirib.

Milli.Az