Ermənistanda ehtiyatda olan hərbçilərə təlim keçiriləcək

10 Aprel 2025 17:50

Ermənistanda aprelin 15-dən ehtiyatda olan hərbçilər üçün təlimlər təşkil ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Müvafiq qərar aprelin 10-da Ermənistan hökumətinin iclasında qəbul edilib. 

Təlimə sıravi əsgərlər, zabitlər və ehtiyatda olan birinci qrup zabitlər qatılacaq.

Milli.Az