Şərurlu İsfəndiyar cibindəki pulu göstərdi - bu qədər olmasa, çölə çıxmır - VİDEO

10 Aprel 2025 13:08

Xəbər verdiyimiz kimi, tanınmış iş adamı, "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Müsavat TV-yə müsahibə verib.

Milli.Az xəbər verir ki, o, söhbət əsnasında cibində nə qədər pul gəzdirməsi sualını cavablayıb. 

Cibindəki pulun məbləğini açıqlayaraq göstərən Şərurlu İsfəndiyar hər gün 4 min manat nəğd pul əlində olmasa, çölə çıxmadığını etiraf edib.

Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Hüseyn 
Milli.Az