81 yaşlı qadın faciəvi şəkildə öldü

10 Aprel 2025 10:46

Gədəbəy rayonunda ahıl qadın dərəyə yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.

81 yaşlı Z.Hüseynova kənd ərazisində piyada hərəkət edərkən dərəyə yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az