"Bayraktar TB2" dünya tarixində ilkə imza atdı

10 Aprel 2025 11:22

Türkiyənin yerli istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatı (PUA) daha bir uğura imza ataraq dünya aviasiya tarixində ilk dəfə avtonom spin bərpa manevrini uğurla yerinə yetirib.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki,  "Bayraktar TB2" təkmilləşdirilmiş manevr avtonomluğu və idaretməni sərbəst şəkildə bərpa edə bilmək üzrə sınaqları uğurla başa vurub.

Bu manevr indiyədək heç bir silahlı pilotsuz uçuş aparatı tərəfindən uğurla tətbiq edilməmişdi.

Bundan başqa,  "Bayraktar TB2" təkcə manevr bacarıqları ilə deyil, həm də uzunmüddətli uçuş performansı ilə diqqət çəkib. Bu günə qədər ümumilikdə 1 milyon saatdan çox uçuş həyata keçirən TB2 Türkiyənin səmalarda ən uzun müddət fəaliyyət göstərən milli hava vasitəsinə çevrilib.

Milli.Az