"Qadınları bu həddə kişilər çatdırır"

10 Aprel 2025 10:12

Tanınmış psixoloq Samirə Bağırova iddialı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, qonaq olduğu efirdə ailə mövzusuna toxunan psixoloq maraqlı fikirlərlə özünəməxsus şərhlər verib.

"Azərbaycanda bəylər demək olar ki, boşanmağa ərizə vermir. Kişi qadını o həddə çatdırır ki, qadın özü gedir. Kişi deyir ki, yemək-içmək gətirirdim, hər şey var idi. Xanım isə ona yataqda yaxın gəlməməsi, diqqət göstərməməsindən və övladı ilə məşğul olmamasından gileylənirdi.

Qədim dövrdə də ov ovlayan güclü kişilər qadınların rəğbətini qazanıb. Qadın da kişinin evdə komfortunu təmin etməlidir. Kişilər isə unutmamalıdır ki, ev qadınların iş yeridir. Düşünürlər ki, qadın evdədir, nə edir? Xanım gəzmək istəyəndə ya öz, ya da onun anasıgilə aparırlar. Daha xoşbəxt olmaq üçün hər iki nəfər daşın altına əlini qoymalıdır. Azərbaycanda ev işlərində xanımına kömək edən kişilər nadir hallarda olur.
Bu gün qadınlar bir uşağı dünyaya gətirməyi bacarmırlar. Keysəriyyə üsuluna üz tuturlar. Doğuş sonrası depressiyalar yaranıb".

Hüseyn 
Milli.Az