"Qalatasaray" Viktor Osimhen üçün rekord təklifə hazırlaşır.
Milli.Az xəbər verir ki, ispaniya mətbuatı "Qalatasaray"ın nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Napoli"yə rəsmi təklif hazırladığını bildirib.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi Osimhenin transferi üçün "Napoli"yə 70 milyon avro təklif edəcək.
Sarı-qırmızılılar 25 yaşlı hücumçuya illik xalis 15 milyon avro olmaqla 3 illik müqavilə təqdim etməyi düşünür. Bundan əlavə, müqaviləyə cazibədar bonus sisteminin də daxil ediləcəyi bildirilir.
Bu təklifin Avropanın nəhəng klublarının və hətta Səudiyyə Ərəbistanı kimi yüksək gəlirli liqaların təqdim etdiyi şərtlərlə rəqabət apara biləcək səviyyədə olduğunu vurğulanır.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə 32 oyuna çıxıb, 28 qol vurub və 5 məhsuldar ötürmə ilə komandasına töhfə verib. Bu statistik göstəricilər klubun ona uzunmüddətli müqavilə təklif etməsində əsas rol oynayıb.
Fidan
Milli.Az