TRT 1-in sevilən serialı "Mehmet: Fəthlərin Sultanı"nın dünən axşam yayımlanan yeni bölümündəki döyüş səhnələri, reallığı ilə Türk serial tarixində öz adını qızıl hərflərlə yazdırdı. Yüzlərlə epizodik qəhrəmanların iştirak etdiyi fəth səhnələrində aktyorlar həqiqətən yaralanıb. Bir çox epizodik rol ifaçıları xəstəxanaya aparılıb, Çandarlını canlandıran aktyorun əli kəsilib, İshakın isə meniski yırtılıb
TRT 1-də hər çərşənbə axşamı yayımlanan "Mehmet: Fəthlərin Sultanı" serialı, intellektual şəxsiyyəti ilə ön plana çıxan və 32 il Osmanlı taxtında oturan Sultan II Mehmedin (Fatih Sultan Mehmed) həyatını işıqlandırır.
Serialın baş rol ifaçısı Serkan Çayoğlu, Fatih Sultan Mehmeti canlandırdığını və onun psixoloji durumuna daxil olmağa çalışdığını bildirib. O, rolu ilə arasında inanılmaz mənəvi bir bağ qurduğunu deyib.
Döyüş səhnələrində yer alan aktyorlardan 10 nəfərin qaşı yarılıb,
Serialın əvvəlki bölümlərində Zağanos obrazını canlandıran Sinan Albayrak da üç yerdən sınıq xəsarəti almışdı.
Lalə Qüdrətova
Milli.Az