UEFA Avropa Liqası: gecənin matçları

10 Aprel 2025 09:06

UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Milli.Az xəbər verir ki, "Tottenhem" evdə "Ayntraxt"ı qəbul edəcək.

"Mançester Yunayted" səfərdə "Lion"un,  "Latsio" Norveçdə "Budyo Qlimt"lə, "Atletik" isə səfərdə "Reyncers"in qonağı olacaq.

UEFA Avropa Liqası

1/4 final, ilk oyunlar

10 aprel

20:45. "Budyo Qlimt" (Norveç) - "Latsio" (İtaliya)

23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Almaniya)

23:00. "Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

23:00. "Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya)

Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.

Milli.Az