UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha bir görüşü başa çatıb.
Milli.Az xəbər verir ki, "Barselona" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib.
Meydan sahibləri oyunda mütləq üstünlük nümayiş etdirərək qonaqları darmadağın ediblər - 4:0. Levandovski dubla imza atıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 15-də Almaniyada baş tutacaq. Cütün qalibi yarımfinalda "İnter" - "Bavariya" duelinin qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, ötən gecə "Bavariya" öz meydanında "İnter"ə 1:2 hesabı ilə uduzub.
Milli.Az