ABŞ Çin mallarına tarifləri 125%-ə qaldırdı

9 Aprel 2025 21:47

ABŞ Çindən gələn mallara rüsumları 125 faizə qaldıracaq.

Milli.Az xəbər verir ki, bu qərarı ABŞ Prezidenti Donald Tramp "Truth" hesabında yazıb.

"Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri dərhal  125 faizə qaldırıram".

Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirmişdi.

Bunun ardınca rəsmi Pekinin cavabı gecikməmişdi. Belə ki, Çinin Maliyyə Nazirliyi cavab olaraq ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırdığını açıqlamışdı. 

Milli.Az