Şeyxə Fatimə bint Mübarək Mehriban Əliyevanı təbrik edib

9 Aprel 2025 20:27

Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə bint Mübarək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Hər şeyə qadir olan Uca Allah Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq nəsib etsin".

Milli.Az