Azərbaycan XİN Dominikana başsağlığı verib

9 Aprel 2025 20:22

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikana başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Santo Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən "Jet Set" gecə klubunun damı uçub. Nəticədə 124 nəfər ölüb, 155 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Hadisə ilə əlaqədar Dominikan Respublikasının prezidenti Luis Abinader ölkədə üç günlük milli matəm elan edib. Eyni zamanda, paytaxtın müxtəlif ərazilərində könüllü qanvermə aksiyaları keçirilir və donor mərkəzləri fəaliyyət göstərir.

Milli.Az