Ağdamda piyadanı evakuator vurub öldürdü

9 Aprel 2025 18:43

Ağdamda piyadanı evakuator vuraraq öldürüb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun Dördyol-2 qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan "Isuzu" markalı evakuator yolu keçən Ağdam rayonu, Güllücə kənd sakini, 1978-ci il təvəllüdlü Məhəmməd Qurbanovu vurub.

Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az