Bu rayonda işıq olmayacaq

9 Aprel 2025 17:51

Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında aprelin 10-da ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.

Bu səbəbdən, sabah saat 10:30-dan 13:00-dək Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Milli.Az