Tailandın populyar turistik adası Koh Samuida tətil edən 24 yaşlı rusiyalı aktrisa Kamilla Belyatskaya dəniz kənarında yoga edərkən ani olaraq yüksələn böyük bir dalğanın onu sürükləməsi nəticəsində həyatını itirib.
Milli.Az bu barədə yerli mediaya istinadən xəbər verir.
Hadisənin baş verdiyi yerin əsas məqsədinin üzmək deyil, mənzərəni izləmək olduğunu bildirən səlahətlilər hadisədən sonra oxşar qəzaların qarşısını almaq üçün həmin əraziyə girişi qadağan edib.
Şahidlərdən biri xilasetmə cəhdi etsə də, axıntının güclü olması səbəbindən uğursuz olub. Xilasetmə komandaları hadisədən 15 dəqiqə sonra bölgəyə çadıb, amma 3 metrə qədər yüksələn dalğalar işlərini çətinləşdirib.
Belyatskayanın cəsədi hadisə yerindən təxminən bir kilometr uzaqlıqda tapılıb. Gənc qadının sosial media hesablarında hadisə yerini daha əvvəl "dünyadakı ən yaxşı yer" olaraq təsvir etdiyi məlum olub.
Kənan
Milli.Az