Myanmada 7,7 bal gücündə baş verən güclü zəlzələ zamanı məbəddə Budda heykəlinə dua edən insanlar böyük təşviş içində qaçıblar.
Milli.Az xəbər verir ki, hadisə zamanı qeydə alınan görüntülər sosial mediada geniş rezonans doğurub.
Zəlzələ zamanı təhlükəsizlik kameraları ibadət edənlərin dua anını yarımçıq qoyaraq panika içində qaçdıqlarını qeydə alıb. Sarsıntıların gücü o qədər yüksək olub ki, insanlar nəhəng Budda heykəlinin qarşısından qaçmaq məcburiyyətində qalıblar.
Bir çox istifadəçi "onlar heykələ inanırdılar, amma yenə də qaçdılar" kimi ironik və tənqidi şərhlər yazsa da, digərləri insan instinktinin qorxunu üstələyə bilmədiyini qeyd edib.
Zəlzələ nəticəsində bölgədə maddi zərərlərin olduğu bildirilsə də, hadisə baş verən məbəddə xəsarət alanlar barədə hələlik rəsmi açıqlama verilməyib.
Fidan
Mili.Az