Prezident beynəlxalq forumda Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb - VİDEO

9 Aprel 2025 12:31

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.

Milli.Az  xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər".

Milli.Az