Yardımlıda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb.
Məlumata əsasən, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.
Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı araşdırma aparılır:
"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".
Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan bildirildi ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Aysel Əkbər
Milli.Az