Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı endi

9 Aprel 2025 09:34

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,72% azalaraq 67,65 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,14 ABŞ dolları təşkil edib.

Milli.Az