QAZ-24 evakuatorun üzərində CƏRİMƏLƏNDİ - FOTO

9 Aprel 2025 09:29

Evakuatorda daşınan avtomobil cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı və bloqer Fərid Rəsul bildirib.

F.Rəsul qeyd edib ki, ona məxsus 47-AA-111 dövlət qeydiyyat nişanlı QAZ-24 markalı avtomobil Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 20-ci kilometrliyində evakuatorun üzərində cərimələnib.

Cərimələnməyə səbəb isə avtomobilin texniki baxışdan keçməməsidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə tətbiq edilir.

Milli.Az