"Real" səfərdə darmadağın oldu, "Bavariya" isə evdə uduzdu

9 Aprel 2025 09:11

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Milli.Az xəbər verir ki, 2 matç baş tutub.

İspaniya klubu "Real" klubu Londonda "Arsenal"ın qonağı olub. Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. "Topçular" rəqibini 3 cavabsız qolla əliboş yola salıb - 3:0.

Digər görüşdə isə "Bavariya" və "İnter" üz-üzə gəlib. Gərgin keçən oyunda sevinən tərəf qonaqlar olub. 1:2 

Milli.Az