Braziliya futbolunun ulduzu Ronaldinyo "Barselona"nın gənc ulduzu Lamin Yamal haqda danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Yamal yaşını ötmüş istedaddır. Onu izləməkdən zövq alıram. Amma üzərində işləməyə davam etməlidir. Şübhəsiz ki, yaxın müddətdə daha möhtəşəm oyunçuya çevriləcək", - deyə Ronaldinyo bildirib.
Qeyd edək ki, Yamal cari mövsümdə ümumilikdə 42 oyunda 13 dəfə fərqlənib.
Milli.Az