Keçmiş deputatın qızı anasını AXTARIR: 18 ildir ki...

8 Aprel 2025 20:18

Sabiq deputat Vaqif Musayevin qızı DNT testi üçün "Səni axtarıram" studiyasına gəlib.

O bildirib ki, 18 ildir üzünü görmədiyi anası üçün test etdirmək istəyir.

Həmin xanım qeyd edib ki, anası onu qoşulub qaçdığı üçün danışdırmayıb.

O da buna səbəb kimi düşünüb ki, həmin qadının bioloji övladı olmaya bilər.

Qeyd edək ki, Vaqif Musayev 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, 2019-cu ildə vəfat edib.

Milli.Az